Tez-Tez Soruşulan Suallar

Tez-Tez Soruşulan Suallar

İkinci Beyin yadda saxlamalı olduğun yarımçıq işləri qeyd etməkçün əsas beynindən kənarda etibarlı bir yerdir. Bu, hər hansısa rəqəmsal tətbiq və ya fiziki qeyd kitabçası ola bilər ki, burada ən vacib fikirlərini, qeydlərini, anlayışlarını toplaya və onlardan işlərində səmərəli istifadə edə bilərsən.

İkinci Beynimi qurmaq, beynimdəki yarımçıqlıqları bioloji beynimdən kənar bir sistemə yerləşdirmək “Su Kimi Beyin”ə sahbi olmağa imkan verdi. Bundan sonra istənilən hədəfə çatmaq üçün beynimdə kifayət qədər güc olduğunu gördüm. Bu da təbii olaraq həm şəxsi, həm də biznes həyatıma ciddi impuls verdi. İkinci Beyni qurmağın şəxsi və komanda müstəvisindəki bəzi faydaları aşağıdakılardır:

  • Beyni artıq yüklərdən azad edərək yeniləmək, “Su Kimi Beyin”ə sahib olmaq;
  • Şəxsi və peşəkar həyatı səliqəyə salmaq;
  • Şəxsi və peşəkar həyatdakı bütün elementlərə daha effektiv nəzarət etmək;
  • Şəxsi və iş məhsuldarlığını artırmaq;
  • Daha aydın və yaradıcı düşünmək.
  • İş səmərəliliyini artırmaq;
  • İş üzrə hesabatlılığı gücləndirmək;
  • Komanda hədəflərinə daha effektiv köklənə bilmək;
  • Layihələri daha sürətli və effektiv şəkildə planlaşdırmaq və idarə etmək;
  • Layihələr və görüləcək işlər barədə yüksək aydınlıq əldə etmək;
  • Komanda üzvləri arasında effektiv ünsiyyət və hesabatlılıq yaratmaq;
  • Komanda ilə olan görüşləri daha effektiv və məqsədyönlü etmək;
  • Bütün görüləcək işlərin tam siyahısına sahib olmaq;
  • İşləri daha effektiv deleqasiya və autsorsinq etmək;
  • E-poçt mesajlarını sıfıra endirmək;
  • Sənədləri saxlama sistemini təkmilləşdirmək və s.

Çünki yarımçıq işlər və məlumatları saxlamaq beynimizi stressə salır və onun əsas funksiyası olan yaradıcılığa mane olur. Beynimiz yarımçıqlıqların “məlumat anbarı” kimi istifadə olunmamalıdır, bütün bu məlumatlar əsas beyindən kənarda bir sistemə – İkinci Beyinə qoyulmalı, bioloji beynimizin əsas funksiyası olan yaradıcı düşünmə üçün kifayət qədər sahə yaranmalıdır. Xüsusilə də yaşın 25-dən yuxarıdırsa və yüksək ambisiyaları olan insansansa, yaradıcı potensialından maksimal istifadə etmək üçün İkinci Beyni qurmağın zəruridir.

İkinci Beyin təlimi ilə bağlı bütün suallara, o cümlədən növbəti təlim haqqında məlumata İkinciBeyin.com saytında baxa bilərsən.

Yaddaşı gücləndirmək üçün bir neçə mərhələdə beynini inkişaf etdirməlisən. Güclü yaddasaxlama qabiliyyəti yaddaş texnikalarından istifadə etməklə əldə olunsa da, bunun ilkin mərhələsi beyni gənc və iti saxlamaqdır. Yaxşı olardı ki, ilkin olaraq (xüsusilə 25 yaşdan yuxarı insanlar üçün) İkinci Beyin qurasan və beynini yarımçıq yüklərdən azad edəsən. Sonra qida, idman və yuxu rejimini nizama salmağın məsləhətdir. Bunlar təbii yaddaşını gücləndirəcək. Bütün bu elementləri nizama saldıqdan sonra mnemonikanı, yəni ki yaddaş texnikalarını öyrənə bilərsən.

Yaş getdikcə yaddaşın və beynin digər funksiyalarının zəifləməsi məsələsi elm tərəfindən bir qədər şişirdilib. Yaşlandıqca beynimizin bəzi funksiyalarında geriləmə olsa da, bu, düşünüldüyü qədər ciddi problem deyil. Əsas problem insanların beynin necə işlədiyini bilməməsi, beynin ona aid olmayan funksiyalarla yüklənməsi, beynin təyinatı üzrə istifadə edilməməsidir. Yaş keçdikcə və məsuliyyət sahələri artdıqca bu, özünü daha qabarıq büruzə verir ki, insanlar da bunun yaşla əlaqəli olduğunu düşünürlər. Əksinə, beyindən düzgün istifadə edildiyi təqdirdə yaşlanma insana müəyyən üstünlüklər də gətirə bilər.

Bəli, mümkündür. Xarici dili öyrənmək üçün müxtəlif yanaşmalar var. Gələcəkdə bloqumda xarici dilləri sürətli və etibarlı öyrənmək üçün geniş yazı yazmağı düşünürəm. O vaxta kimi müxtəlif poliqlotların məsləhətlərindən yararlana bilərsən.

Mənim yaddaşımın təbiəti etibarilə digər insanların yaddaşından heç bir fərqi yoxdur. Mən sadəcə olaraq yüksək gündəlik intizamla yaddasaxlama qabiliyyətimi yüksək səviyyədə məşq etdirmişəm. Fotoqrafik yaddaşa gəlincə, bunun heç bir elmi sübutu yoxdur və indiyədək heç kəsin hansısa etibarlı testlə fotoqrafik yaddaşı olduğu təsdiq olunmayıb. Yaddaş fotokamera kimi işləmir. Nüfuzlu yaddaş yarışlarında qalib gələn digər yaddaş atletlərinin də heç birinin fotoqrafik yaddaşı yoxdur və “fotoqrafik yaddaş”ı olduğunu iddia edən heç kəs hansısa mötəbər yaddaş yarışında qalib olmayıb.

Yaddaş texnikalarını daha çox yüksək səviyyəli işlər üçün, əsasən xarici dillləri, yeni elmləri, bacarıqları mənimsəməkdə, kitabları faydalı oxumaq, sürətlə öyrənmək üçün və şerləri əzbərləməkdə istifadə edirəm. Yaddaş texnikaları gündəlik həyat üçün elə də əhəmiyyətli deyil.

Xeyr, indiyə kimi rəsmi olaraq heç bir kursu və ya təlimi məsləhət görməmişəm. Mənimlə rəsmi əlaqəsi olduğunu bildirən hansısa kursun, proqramın və ya fərdin iddiası yalandır.

Dünya Yaddaş Federasiyasının rəsmi yarışmaçı səhifəsi

Qələbələr: 2017 Memoriad Yarışması, 2022 German Championship, Haßfurt, 2023 French Open, 2023 Dünya Yaddaş Çempionatı (2 qızıl, 3 gümüş, 2 bürünc, 1 Dünya Rekordu) və onlayn yarışlardakı çoxsaylı qələbələr.
Dünya Rekordu: 1 Saatlıq Rəqəmlər (3412 rəqəm)

Ortalama 45-60 dəqiqə. Mötəbər yarışlara 3 ay qalmış bəzi günlərdə 120-180 dəqiqə məşqlər edirəm.

Yaddaş yarışları gündəlik həyat tərzimə birbaşa ciddi təsir etməsə də, yarışlarda iştirak həyatımın digər sahələrində məsuliyyətimi və motivasiyamı artırır. Yarışlarda iştirak etmək qida, idman, yuxu rejimimə müsbət təsir göstərir, mənfi vərdişlərdən bacardıqca uzaq olmağa, beynimi daha dərindən araşdırmağa şövq edir.

İlkin olaraq yaddaş texnikalarını həzz alaraq istifadə etməyin məsləhətdir. Kifayət qədər təcrübə yığdıqdan sonra hansısa regional yarışa qatılıb təcrübə əldə edə və hədəflərinə uyğun olaraq digər yarışlara qatıla bilərsən.

Xeyr. Əksinə, insan beyni yaradıcı işlə məşğul olduqca daha da xoşbəxt olur. Fəaliyyətdə olan beyin “istirahət edən beyin”dən daha xoşbəxtdir. Yaddaş texnikalarından istifadə yaradıcı bir prosesdir, ona görə də həm prosesin özü, həm də nəticəsi yaradıcı həzz verir. Məşq və yarış zamanı yadda saxlanılan rəqəmlər, şəkillər, kodlar və digər məlumatlar isə təkrarlanmadığı təqdirdə məşqdən və yarışdan bir neçə gün keçdikdən sonra öz-özünə yaddan çıxır. Yəni ki, bir məlumatın qısamüddətli, yoxsa uzunmüddətli yaddaşa yerləşməsinə mən qərar verirəm, beləliklə də lazımsız məlumatların beyində artıq yer tutma ehtimalı da aradan qalxır.

Çalışıram ki, çoxlu tərəvəz yeyim. Ət yeməklərini demək olar ki, həftədə bir dəfə – ancaq dostlarla görüşəndə yeyirəm. Əvəzinə balıq yeməklərinə üstünlük verirəm. Müxtəlif qida əlavələrindən də istifadə edirəm. Çörək, süni şəkər, emal edilmiş qidalar, sodalı və şəkərli içkilərdən uzaq dururam.

Həftədə üç dəfə idman zalına gedirəm. Məşqlərim aerobik və anaerobik məşqlərin qarışığından ibarət olmaqla 35-45 dəqiqə çəkir. Zala getmədiyim digər günlərdə yüngül məşqlər edirəm. Gündəlik açıq havada ortalama 10000 addım gəzirəm.

Əsas məqsədim beynimin imkanlarını genişləndirmək, mental gücümü artırmaq və Azərbaycanı beynəlxalq arenada “beyin ölkəsi” kimi tanıtmaqdır.

Zamanla yarışlarda iştirakımı dayandırmağı düşünürəm. Ola bilsin ki, növbəti bir neçə ildə bəzi əsas yarışlara qatılım.

Yaddaş yarışlarının mahiyyəti ən qısa zamanda mümkün qədər çox informasiyanı yadda saxlamaqdır. Yarışlarda əsasən 10 kateqoriya olur ki, bunlar da əsasən adi rəqəmlər, ikili rəqəmlər (“0” və “1”-in qarışığından ibarət), səsli rəqəmlər, üzlər və adlar, şəkillər, sözlər, süni tarixi hadisələrin yadda saxlanılmasından ibarətdir. Yarışların lokal, regional və dünya səviyyəsində keçirilməsindən asılı olaraq bu kateqoriyaların müddəti və yadda saxlanılmalı məlumatların həcmi dəyişir.

Dünyanın aparıcı beyinləriylə mübarizədə Dünya Rekordu qırıb Dünya Çempionu olmaqla əmin oldum ki, harada yaşamasından, təhsilindən, şəraitindən asılı olmayaraq hər kəs istənilən sahədə düzgün sistemlər qurub inadkar məşqlər etməklə dünyanın zirvəsinə qalxa bilər. Bu, həyatımın digər sahələrində də hədəflərimi inamla böyütməyə və cəsarətli addımlar atmağa kömək edir.

Yaddaş yarışları həm də öz beynimi tanımağa kömək etdi. Yaddaş yarışlarında zirvəyə gedən yolun təhlili həm də onu göstərdi ki, bir sahədə ekspert olmaq üçün müəyyən elmi prosesdən keçmək lazımdır. Yəni ki, “dahilər doğulmur, dahilər yetişir” prinsipini özümə şüar seçmişəm və bunu müxtəlif sahələrdə praktiki tətbiq etməkdə davam edirəm.

Eyni zamanda, yaddaş yarışları bir professional idmançının dünya səviyyəsində performans göstərmək üçün necə mentalitetə sahib olması gərəkdiyini anlamağıma imkan verdi.

Enerjimi gün ərzində səmərəli istifadə etməyə çalışıram. Uzun illər zamanın idarə edilməsi və şəxsi məhsuldarlığı yüksəltmək mövzusunu xeylir araşdırıb tətbiq etmişəm. Fikrimcə, bir fərd yüksək şəxsi məhsuldarlığa nail olmaq üçün həyat amallarını müəyyənləşdirməli, həyat amalına uyğun Baş Plan qurmalı, bunun əsasında beynini düzgün idarə etməyi bacarmalı, səmərəli işlə keyfiyyətli istirahətin balansını qurmalı, müxtəlif məhsuldarlıq yanaşmaları və metodlarını təyinatına uyğun olaraq həyatına inteqrasiya etməlidir. Ədəbiyyatda məşhur olan və əksər insanların istinad etdiyi zamanın idarə edilməsi texnikalarının (məs., Pomodoro) bəsit istifadəsi böyük hədəflərə çatmaq üçün kifayət etmir.

Azərbaycan auditoriyası üçün yeganə təlimi İkinci Beyin təlimidir. Təlim onlayn formatda keçirilir. İkinci Beyin təlimi ilə bağlı bütün suallara, o cümlədən növbəti təlim haqqında məlumata İkinciBeyin.com saytında baxa bilərsən.

Bəli. Həm xaricdə, həm də Azərbaycanda şirkətlərə İkinci Beyin üzrə təlimlər keçirəm. Təlimlər intensiv olaraq 3-5 gün davam edir. İkinci Beyin təlimindən əlavə şirkətlərə SOP (Standard Operations Procedures) yaratmağa kömək edirəm. Şirkət təlimləriylə bağlı ən azı 1 ay əvvəlcədən əlaqə saxlamaq xahiş olunur.

Əsasən sahibkarlar, şirkət menecerləri və digər işçilər.

Xeyr, hazırda elə təlim keçmirəm. Hesab edirəm ki, güclü yaddasaxlama qabiliyyəti üçün ilk növbədə “Su Kimi Beyin”ə sahib olmaq lazımdır. Bunun üçün isə İkinci Beynin qurulması zəruridir. Beynin inkişaf mərhələləri ilə bağlı yanaşmamı burdan oxuya bilərsən.

Xeyr. Hələ ki, bu barədə təlimim yoxdur.