Salam. Mən Orxanam.

20 ilə yaxındır ki, beyni səliqəyə salma, yaddaş, sürətli öyrənmə kimi məsələləri araşdırıb öz üzərimdə praktiki olaraq tətbiq edirəm.

İllər öncə yaşadığım psixoloji problemlər həyatıma yön verdi, özünüdərkimə kömək etdi. Özümü inkişaf etdirmək üçün insan beyninin imkanlarını araşdırmağa başladım və özümü yenidən kəşf etdim. Emosional problemlərimə çarə tapmaq uğrunda mübarizə sonda sənin kimi insanlara öz beyinlərinin bütün potensialından istifadə etmək və ideyalarını reallığa çevirməkdə kömək etmək üçün bir missiyaya çevrildi. Əminəm ki, bu missiya həm mənə, həm də digər insanlara daha dolğun həyat yaşamağa imkan verir.

Əgər sən də bu yazını oxuyursansa, deməli, vaxtilə mənim istədiyim kimi, həyatında yeni bir inkişaf yolu axtarırsan.

Ola bilsin ki, zehni cəhətdən o vəziyyətə gəlib çatmısan ki, artıq beyninin əvvəlki kimi iti olmadığını, yükləndiyini, getdikcə yaşlandığını, həyatına nəzarəti itirdiyini, işləri zorla çatdırdığını düşünürsən.

Ola bilsin ki, müəyyən yaşdan sonra, ailə həyatı qurduqda, övladın olduqda, yeni işə və ya biznesə başladığın zaman məsuliyyət sahələrin kəskin şəkildə artıb, vaxtın azdır və indi vaxtın az olmasına baxmayaraq, böyük arzuların var və böyük işlər görmək üçün bir zehni istiqamətə ehtiyacın var.

Və ya ola bilsin ki, çoxlu ideyaların, əlaqələrin, düşüncələrin var, lakin bütün bu məlumatlar beyninin müxtəlif yerlərində xaotik formada yayılıb və bunları necə birləşdirəcəyini bilmirsən, bilmədiyin üçün də ümidsizliyə qapılırsan.

Vəziyyətin nə olursa olsun, sənə deyə bilərəm ki…

Sən Tək Deyilsən!

İntellektual yüklənmə va zehni qarışıqlıq müasir dövrün ən böyük bəlalarından biridir. Beynimiz müasir dövrün informasiya axınına hazır deyil. İş orasıdır ki, bu yeni problemin həlli üçün kifayət qədər araşdırma və ya ekspertlər yoxdur. Beyin elmi müasir dünya insanının yaşadığı intellektual əziyyətin həllindən xeyli geridə qalıb. Ona görə də insanın intellektual potensialını məhv edən gündəlik informasiya axınının yaratdığı yüklənmə hissi müasir dünyamızda çox yayğındır.

Bəs çarə nədir? Bunun bir həlli varmı? Yoxsa bunu müasir dövrün reallığı kimi qəbul edib təslim olmalıyıq?

Xoşbəxtlikdən bu zehni yüklənmənin sadə bir həlli var.

Mən bütün həyatım boyu bu hisslərlə və çətinliklərlə qarşılaşmışam. 

Bununla belə, mən həmişə ürəyimin dərinliklərində bilirdim ki, öyrənmək, problemləri həll etmək, intellektual yüklənməni aradan qaldırmaq və beynimin potensialından maksimal istifadə etmək üçün daha yaxşı bir yol olmalıdır. Qurduğum metodologiya mənim həyatımı kökündən dəyişdi.

İllər ərzində etdiyim dərin araşdırmalar, tərcübələr və səhvlər nəticəsində beyni gücləndirməyə imkan verən faydalı öyrənmə və iş metodları tapdım ki, bu da mənə həyatda xilas olmağa və böyük amallarla yaşayan bir insan olmağa imkan verdi.

İndi mən sənə də bu metodlarla şəxsi və iş məhsuldarlığını artırmaqda kömək etmək istəyirəm. İstəyirəm ki, sən də öz işindən həzz alasan. İnsanın şəxsi məhsuldarlığı onun işinin keyfiyyətinə təsir edir. İşinin keyfiyyəti isə onun həyatının keyfiyyətinə təsir edir.

Dünya Yaddaş Çempionu kimi “Beyin İnkişafı”na Yanaşmam

Hər kəs beynini gücləndirmək istəyir. Bəs, bunu sistematik olaraq necə etmək olar? Təbii ki, işindən, həyatdakı mövqeyindən asılı olaraq fərqli beyin inkişafı proqramına ehtiyac duya bilərsən. Tələbə üçün prioritet sürətli öyrənmə texnikalarıdırsa, işləyən adam üçün bu, fərqli ola bilər. Aşağıdakı mərhələlər daha çox iş həyatı olan insanlar üçündür. Hesab edirəm ki, beyni aşağıdakı ardıcıllıqla inkişaf etdirmək ən uğurlu yanaşma olardı:

Mərhələ 1. İkinci Beynini qur. Mənə ən çox verilən suallardan biri budur: “Beynimi inkişaf etdirmək, Su Kimi Beyinə sahib olmaq, şəxsi və iş məhsuldarlığımı artırmaq üçün hardan başlamalıyam? Birinci addım nədir?”. Cavabım belədir: İkinci Beynini qur.

Mərhələ 2. Fokuslan və Məhsuldarlığını artır. Bir işə, xüsusilə də darıxdırıcı, lakin həyatın üçün əhəmiyyətli olan məsələyə fokuslanmaq bacarığı müasir dövrün ən vacib bacarıqlarındandır ki, insanlar şəxsi və iş həyatlarında ciddi konsentrasiya problemləri yaşayırlar. Ardıcıl məşqlərlə bu bacarığı yüksək səviyyədə inkişaf etdirmək olar. Eləcə də müxtəlif məhsuldarlıq yanaşmaları və texnikalarından istifadə edərək şəxsi və iş həyatını xeyli inkişaf etdirə bilərsən.

Mərhələ 3. Sürətli Öyrən, Oxu və Yadda Saxla. Yuxarıdakı mərhələlərlə beynin fundamenti gücləndikdən sonra sürətli oxuma, yaddaş texnikaları və digər öyrənmə texnikarından istifadə etməklə mürəkkəb görünən mövzuları və bacarıqları daha sürətlə öyrənə bilərsən.

Beyninin Potensialını Üzə Çıxarmaqda Sənə Necə Kömək Edə Bilərəm?

Beynimiz müasir dövrün intellektual yükü üçün yaranmayıb. Ona görə də texnologiyanın bizə verdiyi yükü onun özünə qaytarmaq və beynimizi azad etmək lazımdır. Beynimiz yalnız bundan sonra öz əsas funksiyasına – yaradıcılığa qayıda bilər. Yalnız bundan sonra beynimizin maksimal potensialından istifadə etmək olar.

Son illər ərzində mən minlərlə insana İkinci Beyin yaratmağa kömək etmişəm.İkinci Beynin əsas məqsədi sənə daha asan və az stresslə daha dolğun bir həyat sürməyinə kömək etməkdir. Aşağıda bəzi tələbələrimin İkinci Beyin qurmaqları haqqında fikirləri yer alıb:

İndi təsəvvür et, Əgər SƏN də İkinci Beyinə sahib olsaydın, nə qədər daha gənc, səliqəli, effektiv, sakit və yaradıcı ola bilərdin?

Cavabı bilmək istəyirsən? Beyninin nə dərəcədə yükləndiyini yoxlamaq və İkinci Beynin sənə necə kömək edə biləcəyini müəyyən etmək üçün bir sorğu hazırlamışam.

Sorğunun sonunda daha təmiz və yaradıcı beyinə sahib olmağın üçün mənim ödənişsiz 5 günlük “Beynini Yenilə” mini-kursumu alacaqsan.

Son Söz

Beynini gücləndirmək, şəxsi və iş məhsuldarlığını inkişaf etdirmək yolundakı səyahətinin bir hissəsi olmaqdan sevinc hissi duyuram. Vaxtın qiymətlidir, ona görə də saytımda hər dəqiqənin faydalı keçməsi üçün əlimdən gələni edəcəm. 

Orxan

P.S. Mənim haqqımda daha çox məlumat almaq, sadə emosional sarsıntıdan başlayan yolun məni beyin, yaddaş, şəxsi məhsuldarlıq, biliklərin idarə edilməsi dünyasına və nəhayətdə təlimçi həyatına necə apardığını öyrənmək üçün həyat yolumu oxu.