Beynin Nə Dərəcədə Yüklənib?

Əgər İkinci Beynin olsaydı, nə qədər daha gənc, səliqəli, effektiv, sakit və yaradıcı ola bilərdin?

MEDİADA İSTİNADLAR

Salam, Mən Dünya Yaddaş Çempionu Orxan İbadovam.

Mən Yaddaş Qrossmeysteri (bəli, elə titul var), müxtəlif yaddaş texnikalarının yaradıcısıyam. Məni daima düşündürən sual budur: “İnsanlar öz beyinlərindən necə maksimal istifadə bilərlər?

Bu suala cavab vermək üçün mən sənə müasir rəqəmsal dünyada beynini səmərəli idarə etməyin yollarını öyrədəcəm. Məqsədim zehni cəhətdən yüklənmiş hər bir insana gündəlik işlərini, rəqəmsal həyatını səliqəyə salaraq ikinci beynini qurmağa, yaradıcı potensialını üzə çıxarmağa və “Su Kimi Beyin”ə sahib olmağa kömək etməkdir.

Son on ildə mən minlərlə insana İkinci Beyin yaratmağa, sürətli öyrənməyə, yüksək zehni bacarıqlar qurmağa və gündəlik məhsuldarlığı inkişaf etdirməyə kömək etmişəm.

Beyni inkişaf etdirməyin birinci mərhələsi İkinci Beyin yaratmaqdır. Beyni səliqəyə salmadan digər zehni bacarıqları – yaddaş texnikalarını, sürətli öyrənməyi, beyin məşqlərini etmək faydasız yanaşmadır. İkinci Beyin nədir? Bu, yadda saxlamalı olduğun yarımçıq işləri qeyd etməkçün əsas beyindən kənarda etibarlı bir yerdir. Bu, hər hansısa rəqəmsal tətbiq və ya fiziki qeyd kitabçası ola bilər ki, burada ən vacib fikirləri, qeydləri, anlayışları toplaya və onlardan işlərində səmərəli istifadə edə bilərsən.

İkinci Beyin yaratmağın əsas məqsədi sənin daha asan, stressiz və dolğun bir həyat sürməyinə kömək etməkdir.

Saytımda yenisən?

İş Həyatını Səliqəyə Salmaq və Yaradıcı Potensialını Üzə Çıxarmaq Üçün Sübut Olunmuş Metod

Beyindən maksimal istifadə etməyin birinci mərhələsi İkinci Beynin qurulmasıdır. Zehin potensialını, onun yaradıcı gücünü ortaya çıxartmaq üçün əsas addım beyni yarımçıq məlumatlardan azad etmək, həmin məlumatları digər etibarlı yerə – İkinci Beyinə qoymaqdır. İkinci Beyin təlimi beynin inkişafı üçün fundamental, yəni ki zəruri onlayn təlimdir. Onlayn təlimə qoşulmaq üçün İkinciBeyin.com saytına keçid et və növbəti təlimə yeni iştirakçıların qoşulması üçün qeydiyyatın açıq olub-olmadığını yoxla!

Uğur Hekayələri

Həyatın Bütün Təbəqələrindən Olan İnsanlar İkinci Beyindən Necə Faydalanır?

Paylaşdığım Mövzular

İkinci Beyin

Beynindən daha səmərəli istifadə etmək, şəxsi və iş həyatında nizam yaratmaq üçün əsas beynindən əlavə İkinci Beynin olmalıdır.

Yaddaş Texnikaları

Qədim yaddaş texnikaları ilə istənilən həcmdə məlumatı etibarlı şəkildə uzunmüddətli yaddaşda saxlamaq mümkündür.

Şəxsi İnkişaf

Psixoloji nəzarət, emosional zəka, faydalı vərdişlər qurmaq, sağlam qidalanma, fiziki məşqlər ilə özünü inkişaf etdirə bilərsən.

Məhsuldarlıq

Şəxsi və iş həyatında daha çox şeyə nail olmaq üçün vaxtı və enerjini daha effektiv idarəetmə metodlarına ehtiyac var.

Beynini, məhsuldarlığını və həyatını
həftəyə bir məktubla inkişaf etdir

Hər həftənin İkinci Günü beynin inkişafı və məhsuldarlıq ilə bağlı ən faydalı paylaşımlarımı alan minlərlə insana qoşul.

Mən sənə təşəkkür olaraq dərhal 5 günlük “Beynini Yenilə” mini-kursumu göndərəcəm.